Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Balıyev Hüseynağa Salman oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Anakur.az salyan-ih.gov.az saytına istinadən bildirir ki, Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Mərasimdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını bildirmişdir.
Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Hüseynağa Balıyev ölümündən sonra "Vətən uğrunda" medalı və “Qarabağ” ordeni ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!