2022-ci ilin dövlət büdcəsində bütün sosialyönümlü xərclər artırılır.
Anakur.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
M.Quliyev bildirib ki, pensiya və əməkhaqlar gələn ildən artırılacaq.
"Amma vətəndaşları maraqlandıran bir məsələ var. Gələn il də qiymət artımları davam edəcəkmi? Əgər biz gələn il inflyasiyanın qarşısını almasaq, xüsusilə möhtəkirliklə mübarizə aparmasaq, vətəndaşlarımız pensiya və maaş artımlarının faydasını görməyəcək.
Dünyayda çox ciddi ərzaq qıtlığı prosesi baş verir və biz ilk növbədə ərzaq qıtlığının qarşısını almaq üçün zəruri tədbirlər görməliyik" - deyə, M.Quliyev bildirb.