Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını" təmin etməyib.
Anakur.az xəbər verir ki, məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.
Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.
Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verib. Məhkəmənin qərarına əsasən, Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövləti təcili tədbirlər görməlidir.
“Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır”, - deyə qərarda bildirilir.