40 yaşdan sonra qida və spirtli içkilərin qəbulu ilə bağlı vərdişləri yenidən nəzərdən keçirmək lazımdır.
Mütəxəssislərin fikrincə, bunun səbəblərindən biri metabolik proseslərin yaşla bağlı yavaşlamasıdır. 40 yaşdan sonra zərərli maddələr orqanizmdən daha çətin xaric olur, toxumalar yenidən qurulur. AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, bundan başqa, insulin daha az istehsal olunur, fermentativ fəallıq azalır.
Sadalanmış dəyişikliklər həzm proseslərinə təsir edir – xüsusilə, 40 yaşdan sonra bəzi qida məhsulları, yağlı qida orqanizm tərəfindən daha pis həzm oluna bilər. Nəticədə, adi görünən qida məhsulları mədə-bağırsaq traktında problemlərin olmasını sübut edən xoşagəlməz simptomların əmələ gəlməsinə səbəb olur.
Yaşlandıqca və qocaldıqca insan bədəninin alkoqolu həzmetmə tərzi dəyişir. Onun parçalanması zamanı əmələ gələn toksinlərin xaric edilməsi yavaşlayır - bu onların orqan toxumalarına mənfi təsirini daha əhəmiyyətli edir.
40 yaşdan sonra insan qida rasionunu və həyat tərzini yenidən nəzərdən keçirməlidir. Bu prinsipin ciddiyə alınmaması artıq çəki və bədən həcminin artmasına gətirib çıxara bilər, bu da öz növbəsində bir çox xəstəliklərin inkişafı ilə əlaqələndirilir.