2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6983 nəfər olub.
Bunu Anakur.az Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına istinadən bildirmişdir.
Rəsmi statistikadakı rəqəmlərdən məlum olur ki, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb.
Belə ki, əgər 2020-ci ildə 4039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onlar 4751 nəfərə, 2022-ci ildə isə 6983 nəfərə çatıb.
Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106299 nəfər, 2021-ci ildə 109107 nəfər idi.