Qarabağ
20 Sentyabr 2023, 13:04Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri qarşısında duruş gətirə bilməyən Qarabağdakı erməni separatçıları “ağ bayraq” qalırmaq məcburiyyətində qalıblar.
Anakur.az Modern.az-ın Ermənistan KİV-nə istinadən bildirir ki,xəbər verir ki, separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək tələbilə ilə razılaşıblar.
Bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabr 22-də Yevlaxda görüş keçiriləcək.
Rəsmi Bakı artıq bu məlumatı təsdiqləyib.
***
Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qarşı apardığı antiterror tədbirləri Xankəndi və ətraf ərazilərdə məskunlaşmış terrorçuları çətin vəziyyətə salıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçıların başçısı Samvel Şahramanyan bu gün qondarma rejimin “təhlükəsizlik şurası”nın iclasını keçirib.
O, yaranmış vəziyyət, mümkün çıxış yollar haqda danışıb.
S.Şahramanyan qeyd edib ki, yaranmış vəziyyət və onun aradan qaldırılması ilə bağlı beynəlxalq aktorların reaksiyası adekvat deyil və heç bir əməli addım atılmır. S.Şahramanyan mülki ermənilərin təhlükəsizliyinin prioritet olduğunu əsas gətirərək, buna müvafiq addımlar atmağa məcbur olacaqlarını söyləyib.
Bu arada Qarabağ separatçılarının “rəhbərliyində” təmsil olunmuş “keçmiş müşavir” Artak Beqlaryan da müraciət yayıb. O, separatçıların başçılarını çox tez və cəsarətli qərar qəbul etmyə və nə qədər çətin olsa da, bunu xalqa açıq şəkildə təqdim etməyə çağırıb.
“Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə uğurlu irəliləyişi davam edir. Zaman bizim əleyhimizə işləyir, çünki heç bir beynəlxalq aktorun, o cümlədən Rusiya və Amerika tərəfinin müharibəni dayandırmaq istəmədiyi göz qabağındadır”, - deyə Beqlaryan həyəcanını gizlətməyib.
“Tamamilə mühasirədəyik və tək qaldıq, hətta ana Ermənistan da bu mübarizədə bizi tərk etdi.
Belə aşkar çıxılmaz vəziyyətdə əsas prioritet insan həyatının xilas edilməsi olmalıdır” deyən A.Beqlaryan Azərbaycanla danışıqlara getməyin tərəfdarı olduğunu vurğulayıb.
“Qoy heç kim, xüsusən də “Artsax”dan kənardakılar mənə vətənpərvərlik dərsi keçməyə çalışmasın”, - Artak Beqlaryan sonda bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası separatçıları silahın yerə qoymağa və tərksilah olunmağa çağırıb. Rəsmi Bakı yalnız bu lada antiterror tədbirlərinin dayandırılacağını bəyan edib.