Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 91 il ötür.
Bu gün Azərbaycan Respublikasının görkəmli xalq şairi Xəlil Rza Ulutürkün doğum günü doğulduğu torpaqda-Salyan rayonunda qeyd olundu.Tədbir iştirakçıları “Ata-oğul” abidəsinin önünə gələrək Xəlil Rza Ulutürkün və onun oğlu, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin abidəsi önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər.
Ruhu şad olsun!
Ey ata məskənim Pirəbbə kəndi,
Ürəyim sənincün titrəyir indi.
Ömrümün ən şirin, erkən çağında,
Siz harda qaldınız, - Kür qırağında...