Məhəmməd Rəfi oğlu Ağayev Salyan rayonunun nüfuzlu ağsaqqallarından biridir. O, ömrünün təqaüdlü illərini yaşasa da, rayonun ictimai- siyasi həyatında yaxından iştirak edir. Həmişə olduğu kimi qazandığı zəngin təcrübəni gənc nəsilə həvəslə ötürür. Bu ilin 14 noyabırında 75 illiyini qeydm edən Məhəmməd müəllimin son 50-60 ildəki fəaliyyəti Salyan rayonunun pedaqoji, idaretmə və ictimai həyatı ilə çox sıx surətdə bağlı olmuşdur.
Məhəmməd Ağayev haqqında danışmaq Salyanın çağdaş pedaqoji tarixində öz məktəbini yaratmış bir müəllim barədə danışmaq deməkdir.
Məhəmməd müəllim haqqında yazmaq Salyanın ağsaqqallarından biri, Rayon Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai bir iş aparan şəxs haqqında söz açmaq deməkdir.
Məhəmməd müəllim haqqında fikir söyləmək rayon ictimaiyyəti arasında dərin nüfuz sahibi olmaqla, Salyan rayon icra hakimiyyəti yanında yaradılmış ictimai şuranın ən fəal üzvlərindən birinin həyat salnaməsinə işiq tutmaq deməkdir.
Məhəmməd müəllim həm də böyük bir nəsilin ağsaqqalıdır. Onu təkcə ailədə deyil, eldə, obada hər kəs eşidir və sevir, önunla həmsöhbət olmaq isə hər kəsə çox fayda verir. Təbii ki, M. Ağayev haqqında istənilən qədər danışmaq və yazmaq olar və bu bir çap yazısının mövzusundan çox-çox böyükdür.
Salyan Rayon İcra hakimiyyətində M.Ağayevin 75 illik yubileyinə həsr olunmuş tədbirdə ünvanına ən xöş sözlər söylənildi. Zəngin və mənalı həyatının ayrı-ayrı anları xatırlandı. Salyan RİH başçısı Sevindik Hətəmov yübliyara Fəxri Fərman və qiymətli hədiyyə təqdim etməklıə yanaşı Məhəmməd müəllimin rayonun ictimai siyasi həyatında fəaliyyətini yüksək qiymətləndirməklə ona möhkəm can sağlığı arzuladı.
Çay süfrəsi ətrafında təşkil edilmiş tədbirdə Məhəmməd müəllimin ailə üzvləri ilə yanaşı, müəllim həmkarları, vaxtı ilə dərs dediyi şagirdlər,rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Çıxışlar oldu. Rayon “Qələbə”qəzetinin baş redaktoru, RİH yanında ictimai şuranın sədri Rüstəm Məlikov, Əməkdar müəllilər Allahverdi Piriyev, Sehranə Rzayeva, Şəhla Rəhimova müəllimlərdən Aynur Əskərova, Məmmədhəsən Feyzullayev, Məhəmməd müəllimin şagirdlərindən Leyla Nəsirova və İbadət Cəfərov çıxış edərək yübilyarla bağlı xatirələrini danışmışlar. Səmimi şəraitdə keçən tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.
Tədbirdə çıxışlar zamanı M.Ağayevin həyatının ayr-ayrı anları xatırlandı. Maraqlı və ibratamiz olan bu həyatın qısa tərcümeyi -halını biz də oxucularımıza təqdim edirik:
Ağayev Məhəmməd Rəfi oğlu 1947-ci il noyabr ayının 14-də Salyan rayonunun (indiki Neftçala) Şirvan Cəngən kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1954-cü ildə kənd məktəbinin birinci sinfinə qəbul olunmuş, 1961-ci ildə həmin məktəbin 7-ci sinfini bitirərək, təhsilini Salyan şəhəri 2 saylı məktəbdə davam etdirmiş və 1965-ci ildə məktəbin XI sinfini bitirmişdir. 1965-1969-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakultəsində təhsil almışdır.
1969-cu ildə gənc müəllim kimi təyinatla Şorsulu kənd orta məktəbinə göndərilmişdir. 1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1970-1972-ci illərdə Şorsulu kənd orta məktəbində, 1972-ci ilin sentyabr ayından 1976-cı ilin sentyabr ayınadək şəhər 7 saylı orta məktəbdə fizika fənnini tədris etmişdir.
M.Ağayev 1976-cı ildə şəhər 3 saylı orta məktəbə direktor təyin edilmiş, 1992-ci ilin sentyabr ayına qədər həmin vəzifədə çalışmışdır. 1992-ci ildə əqidə ayrılığına görə öz ərizəsinə görə işdən azad olunmuşdur.
1972-2012-ci illərdə rayon fizika müəllimlərinin metodbirləşmə rəhbəri, 1978-ci ildən 1992-ci ilə kimi məktəb rəhbərlərinin metodbirləşmə rəhbəri kimi fəaliyyət göstərmişdir.
Məhəmməd müəllim 1989-cu ildən 1994-cü ilə kimi Dairə Seçki kommisiyasının sədri vəzifəsində, eyni zamanda 1992-ci ildən 1994-cü ilə kimi rayon Təhsil şöbəsində metodkabinetin müdiri vəzifəsində çalışmışdır.
Məhəmməd Ağayev 1994-1995-ci illərdə rayon İcra hakimiyyətində ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə yenidən 7 saylı məktəbdə fizika müəllimi kimi fəaliyyətini davam etdirmiş və 2012-ci ildə əmək pensiyasına çıxmışdır. O hazırda rayon Ağsaqqallar şurasının idarə heyətinin sədr müavinidir.
Məhəmməd Ağayev 2 dəfə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. Onun şagirdləri Respublikada və keçmiş SSRİ-də fənn olimpiadasının qalibi olmuşdur.
Məhəmməd Ağayev rayonun ictimai-siyasi həyatında fəal rol oynamış ziyalılarımızdandır. O, seçki kompaniyalarında fəal iştirak etmiş, gənclərin erkən nikahının qarşısının alınması və problemli ailələrin barışdırılmasında bir ağsaqqal kimi yaxından iştirak etmişdir.
Məhəmməd müəllim 2020-ci ilin sentyabr ayında başlamış Vətən müharibəsində haqq işimizin təbliğatçısı olmuş, keçirilmiş bütün tədbirlərdə, şəhidlərin son mənzilə yola salınmasında rayon rəhbərliyi ilə birlikdə iştirak və çıxış etmişdir.
Məhəmməd müəllim Iki övlad atasıdır. Oğlu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini vəzifəsində, qızı isə Salyan şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada müəllim işləyir.
Məhəmməd müəllimin gələcək fəaliyyti barədə yeni -yeni səhifələr yazmaq arzu susu ilə:
Rüstəm Məlikov, “AnaKur.az” saytının
təsisçisi və baş redaktoru