Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası olmuşdur.
Bu barədə anakur.az saytına Şuranın sədri Rüstəm Məlikov məlumat vermişdir.O bildirmişdir ki, son aylar Salyan İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin gördüyü işlər və onların səmərəsi xeyli artmışdır.Şura üzləri rayonun ayrı- ayrı kəndlərinə gedir, insanlarla görüşür, onları maraqlandıran problemlərin həllinə dəstək olurlar.
Növbəti yığıncaqda bu barədə və “İctimai İştirakçılıq “haqqında Qanundan irəli gələn digər aktual məsələlərin icrası barədə müzakirə olmuşdur. Şura üzvlərindən Rayon Ziyalılılar Birliyinin sədri, “Əməkdar müəllim” Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini,Məhəmməd Ağayev, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Əbilova və başqaları çıxış edərək vətəndaşların irəli sürdükləri təkliflərə münasibət bildirərək bu təkliflərin ümumiləşdirilərək icra hakimiyyəti və digər səlahiyyəli təşkilatların nəzərinə çatdırılmasının vacibliyini bildirdilər.
Yığıncaqda diğər məsələ,İçtimai Şuranın sosial şəbəkədə özünün müstəqil səhifəsinin yaradılması zərurətinin olduğu müzakirə olmuşdur. Şura üzvü Sevda Quliyeva müraciətlərin məsafədən operativ olaraq göndərilməsi, bir kəndə qaldırılan məsələnin digər yaşyış yeri üçün də xarakterik olmasını bildirən mesajların yerləşdirilməsi , ictimai əhəmiyyətli müzakirələrin keçirilməsi imkanlarının mövcudluğu nöqteyi nəzərdən sosial şəbəkələr daha mükəmməl ünsiyyət vasitəsinə çevrilməkdədir. Bu mənada Salyan rayon İcra Hakimiyyəti yanında İçtimai Şura” səhifəsinin yaradılması qərara alındı. Səhifənin admin və redaktoru müəyyən edildi.
İçtimai Şura üzvləri yaxın günlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və qazi ailələrini ziyarət etməyi 15 sentyabrda dərsə gedəcək uşaqların sevinclərinə ictimai məzmun vermək fikrindədirlər.