Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsi komitəyə daxil olub və martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.
Anakur.az bildirir ki, bu barədə APA-ya açıqlamasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, 2020-ci ildə Ombudsman Aparatı tərəfindən görülən işlər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də digər məsələlər məruzədə əksini tapıb: “Müzakirələrdə insan haqları sahəsində ixtisaslaşan QHT-lərin təmsilçiləri də iştirak edəcəklər”.
Qeyd edək ki, parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə QHT təmsilçiləri ilk dəfədir dəvət edilir.
Ramiz Mikayıloğlu