Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
Bəzi arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala(Əlibəy) rayonunun dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının Qəbələ Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq, Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Şəkidə (Kişçay) 18 mm, Altıağac, Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir, Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad, Mingəçevirdə 5 mm, Lə Yardımlı, Daşksən , Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Yağan leysan yağış İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib.
Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay, Lerikdə duman müşahidə olunub.
Narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.
Neft Daşları santralinin gücü ilə dalğanın hündürlüyü 3.8 metrə çatır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyə qədər isti alınıb.