“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Anakur.az xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.