Koronavirusdan ölüm və ümumi infeksiya nisbətləri, yeni, daha təhlükəli variantların mövcud olmaması şərti ilə gələn ilin ortalarına qədər mövsümi qrip üçün orta səviyyəyə çata bilər.
Anakur.az TASS-a istinadən xəbər verir ki, bu fikri Microsoft korporasiyasının təsisçisi Bill Qeyts Sinqapurda iş adamı Maykl Blumberqin təşkil etdiyi hibrid formatda keçirilən “Yeni İqtisadi Forum”da deyib.
Onun sözlərinə görə, təbii immunitetin inkişafı, peyvəndləmə, yeni dərman vasitələrinin yaranması fonunda “ölüm və xəstələnmə səviyyəsi kəskin şəkildə aşağı düşməlidir”.
Milyarder "gələn ilin ortalarına qədər yeni ştamların olmadığı təqdirdə bu rəqəmlərin qrip üçün mövsümi məlumatlara çata biləcəyini" proqnozlaşdırır. Eyni zamanda, Bill Qeyts “dünya ictimaiyyətini yeni pandemiya təhlükəsini azaltmaq, qripin kökünü kəsmək üçün fəal işləməyə” çağırıb.
Bundan əlavə, Microsoft qurucusu "gələn il koronavirus vaksinlərinin tədarükü məsələsini həll etməyi" səbirsizliklə gözləyir.
Bill Qeyts və həyat yoldaşı Melinda təxminən 50 milyard dollara sahib olan xeyriyyə fonduna rəhbərlik edir. Təşkilatın əsas fəaliyyət istiqamətlərinə inkişaf etməkdə olan ölkələrdə təhlükəli xəstəliklərlə mübarizə, ABŞ-da səhiyyə və təhsil proqramları daxildir. Fond vasitəsilə artıq yüz milyonlarla dollar koronavirusa qarşı peyvəndin hazırlanması və pandemiyaya ən həssas olan yoxsulların dəstəklənməsi üçün ayrılıb.