Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sonuncu onlayn mənzil satışı prosesi ilə bağlı qalmaqalı Dövlət Təhlükəsizliyi Xidməti araşdıracaq.
30 mart 2022-ci ildə 442 mənzilin güzəştlə satışı zamanı kənardan müxtəlif şəxslər tərəfindən xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə seçim prosesinə müdaxilə olunub.
Agentlik məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.
DTX artıq 6 nəfəri saxlayıb, faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi açılıb.
Sonuncu güzəştli mənzil satışının nəticələri ləğv oluna bilərmi?
Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Modern.az-a bildirib ki, bu, DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər.
“Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı”.
Ekspert deyib ki, baş verənlər onu göstərir ki, MİDA bir daha sisteminin informasiya texnologiyaları (İT) auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir.
“Baş verənlər həm də bir daha onu göstərir ki, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir.
Bununla bağlı əvvəllər verdiyimiz təklifləri bir daha diqqətə çatdırıram:
- onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq, görünür ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var və bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir;
- satışdan sonra, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır;
- ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir;
- sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir;
- süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir;
- onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.