Yardımlarımız zəlzələ yaralarına məlhəmdir.
Xəbər verildiyi kimi fevralın 6-da qardaş Türkiyədə son 100 ildə ən dəhşətli fəlakətlərdən biri baş vermişdir. Ağır, dağıdıcı zəlzələ addım-addım siyasi, sosial-iqtisadi inkişafının zirvəsinə yaxınlaşan Türkiyəyə dəhşətli zərbə vurdu.
Zərbələrin miqyası o qədər böyük oldu ki, planetimizin bütün qitələrində geniş əks-səda verdi. Dünyanın əksər ölkələri və xalqları ürək ağrısı və bütün imkanları ilə Türk xalqına köməyə tələsdilər. Təbii ki, iki dövlət, bir millət olan Azərbaycan bu işdə ilk köməyini göstərdi və bu dəstəyi davamlı olaraq həyata keçirməkdədir. Zəlzələdə zərərçəkənlərə yardım edilməsi ilk gündən ümumxalq ehtiyacına çevrildi. Öz maddi imkanından aslı olmayaraq milyonlarla insan bu prosesə öz tövhəsini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tükx xalqının başına gələn fəlakətə ilk başsağlığı verərək, hadisəni xalqımızın kədəri kimi qiynətləndirdilər.
Ölkəmizin hava məkanı, quru yolları vasitəsi ilə zəlzələ bölgələrinə zərərçəkənlər üçün ən zəruri yardımlar çatdırlması təşkil edilmişdir.
Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrdə də qardaş Türkiyədə zəlzələdən ziyan çəkənlərə yardım göstərilməsi davam etməkdədir.
Salyan rayonunun dövlət qurumları , ictimai təşkilatlar və sakinləri bu işdə ilk gündən əllərindən gələn köməyi əsirgəməməyə çalışmışlar.
Salyan rayon icra hakimiyyətinin təşkliatçılığı ilə Türkiyədə zəlzələdən ziyan çəkmiş insanlar üçün TİR maşını ilə isti geyim və yataq dəstləri, dərman vasitələri və digər zəruri ləvazimatlar yola salınmışdır.
ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ DÜNYASINI DƏYİŞƏNLƏRƏ RƏHMƏT DİLƏYİRİK,YARALANLARA İSƏ ALLAHDAN ŞƏFA ARZULAYIRIQ.