Metbuat.az xəbər verir ki, bunu "A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.
"1960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək”, - o vurğulayıb. //Report
