Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir:
"Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına çağırış edən qətnamə qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".