Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.
Anakur.az Medicina.az-a istinadən xəbər verir ki, evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.
Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.
Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:
Yüngül forma
Hərarət - 37,2-38 arası dəyişir
Saturasiya – yəni qanda oksigenin miqdarı – 97-98 faiz
Tənəffüs tezliyi – yəni nəfəslma say dəqiqədə – 20-ə qədər
Orta forma
Hərarət - 38 dərəcədən yuxarı
Hədsiz halsızlıq
Saturasiya – 93-95
Tənəffüs sayı – 22-dən yuxarı
Təngnəfəslik
Kt müayinədə ağciyərlərin zədələnməsi – 10-20 faiz
Qanda C reaktiv zülal göstərici – 10 mq –dan yuxarı
Ağır forma
Hərarət – 39-40
Tənəffüs sayı – dəqiqədə 30-a çatır
Saturasiya – 93 və daha aşağı
Təzyiq 90-60a düşür və ya çox qalxır
Ağciyərlərin zədələnməsi – 30-40%
Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq