Həmkarımız, ictimai fəal, QHT sektorunun tanınmış üzvlərindən biri, filantrop və xeyirxah Bəxtimşah Tağıyeva 17 dekabr 2020-ci ildə FHN-nin modul tipli xəstəxanasında dünyasını dəyişib. Bu barədə Milli Məclisin deputatı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev özünün facebook səhifəsində yazmışdır.:
"Ölkəmizin vətəndaş cəmiyyətinin fəal nümayəndəsi, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva COVID-19 virusundan dünyasını dəyişib.
Bəxtimşah Tağıyevanın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlı verir, onlara Allahdan səbr diləyirəm.
Allah rəhmət eləsin!"
"Ana Kür" ictimai birliyinin üzvləri də mərhumun döğmalarına və yaxınlarına baş sağlığı verir.