Yaşlı, həmçinin artıq çəkili insanlar COVID-19-u ağır keçirən risk qrupuna daxildirlər.
Anakur.az xəbər verir ki, “Sputnik” radiosuna damar cərrahı Amiran Demurov bildirib.
Mütəxəssisin sözlərinə görə, eyni zamanda diabetdən və başqa xroniki xəstəliklərdən əziyyət çəkən insanlar koronavirus xəstəliyini ağır keçirirlər.
"Əgər kimdəsə artıq trombla yaradılmış insult və ya infarkt olubsa, onda koronavirusa görə yeni şansı yuxarıdır. Bir qayda olaraq, əgər insanda trombun formalaşmasına meyl varsa, onda koronavirus infeksiyasının yüngül forması olmayacaq", - o deyib.
O, özünümüalicə ilə məşğul olmamağa və həkimin göstərişi olmadan qanı duruldan preparatları qəbul etməməyə çağırıb. Mütəxəssisin sözlərinə görə, belə dərmanların nəzarətsiz qəbulu əlavə təsir təhlükəsi yaradır.