Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVİD-19-un yayılması sürətlə artır. Görünür şəxsi sağlamlığımız üçün özümüz məsuliyyət daşımalı olacağıq.
Həkimlərin bu gün üçün tövsiyəsi lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək, qoruyucu maska taxmaq, sosial məsafəyə və gigiyena qaydalarına əməl etməkdir. Pandemiya şəraitində güclü immunitet son dərəcə vacibdir, bu da əsasən sağlam həyat tərzindən və qidalanmadan asılıdır.
Bəs koronavisrusa yoluxan şəxs necə qidalanmalıdır, rasiyonundan hansı qidaları çıxarmalıdır?
Bu barədə hazırda koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman danışıb.
Həkimin sözlərinə görə, Covidli xəstələrə turşu, duzlu, istotlu, yəni qıcıqlandırıcı qidalar, o cümlədən sarımsaq, çiy soğan olmaz:
"Süd, doşab məsləhət deyil. Süd bəlğəm əmələ gəlməni artırır. Doşab isə qıcıqlandırıcıdır, öskürəyi artıra bilir. Təbii ki, çoxlu maye qəbul olunmalıdır, çoxlu turş olmayan meyvələr yemək lazımdır.
Bu dönəmdə insanlar portağal və nar şirəsinə üstünlük verirlər. Ancaq bilmək lazımdır ki, portağal qan durulducu deyil, sadəcə C vitamini ilə zənginidr. Nara gəldikdə isə uzun müddət istifadə etdikdə bir balaca qan durulaşdırıcı effekti ola bilər. Bu gün həkimlərin Covid xəstələrinə təyin etdiyi Kleksan iynəsi belə Covid xəstələrində qanlaxtalanmanın qarşısın ala bilmirsə, nar şirəsi koronavirusa nə edəcək ki? Əksinə bu xəstələrdə mədə-bağırsaq qıcıqlanmış olur, mədədə turşuluq artmış olur. Turş meyvləri istifadə edən Covid xəstələri mədəsində yanğı hiss edir. Digər tərəfdən də koronavirus əlehinə olan dərmanların özləri mədəni qıcıqlandırır. Koranavirus özü mədəni zədələyir. Ona görə də turş meyvələr istifadə edən zaman xəstələrin vəziyyəti daha da pisləşir. Həmçinin nar təzyiqi sala bilər"
Sitrus və digər meyvələri xəstəliyə tutulmamış qəbul etmək və immuniteti güclü saxlmaq lazımdır.
(qadınklubu.com)