Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 225346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 210798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib, aktiv xəstə sayı 11607 nəfərdir.