Həkim-terapevt Sübhan Hacıyev su qəbulu qaydaları barədə AZƏRTAC-a məlumat verərək deyib: “Hər kəs öz bədən çəkisini 0,5-ə vurmaqla alınan rəqəmin onun mayeyə olan tələbatını öyrənə bilər. Məsələn, çəkisi 80 kiloqram olan insan gün ərzində 4 litr maye qəbul etməlidir. Yaxşı olar ki, onun 2 litri təbii su, qalanı isə qəbul edilən duru yeməklər, içilən çay və mayelərdən ibarət olsun. Ən azı mayenin 50 faizinin təbii su olması mütləq şərtdir”.
“Lakin həddindən çox ifrata da varmaq olmaz, çünki su intoksikasiyası deyilən bir anlayış da var. Suyu qədərindən çox içmək ona qarşı ikrah hissi, ürəkbulanma yaradır və o yerə gəlib çıxır ki, su qəbul edilməsi tamamilə dayandırılır. Suyun yaratdığı köp, mədə-bağırsaq traktının pozulması, ishal və s. hallar olur. Ona görə də bunları nəzərə almaq lazımdır”, - deyə həkim-terapevt əlavə edib.
