Koronavirusa qarşı peyvənd yeni bir mutasiya meydana gələnə qədər təsirli olacaq. Virus isə təəssüf ki, tez-tez mutasiyaya uğrayır.
Anakur.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin həkimi Vadim Koçetkov bildirib.
Onun sözlərinə görə, əksər hallarda çox ştammı olan viruslara qarşı revaksinasiya tələb olunur, koronavirusun yeni növü ilə bağlı isə dəqiq bir şey söyləmək çətindir, bunu zaman göstərəcək.
Müsahib vaksinasiya zamanı ilk olaraq kəskin iltihabi xəstəlikləri olmayan orta yaşlı insanların peyvənd vurdurmalı olduğunu deyib.
“Daha yaşlı insanlar peyvəndlənərsə, onlarda daha çox ağırlaşma ola bilər. İlk növbədə mümkün allergik reaksiyaları nəzərdə tuturam”, - deyə o əlavə edib.
Həkim kollektiv immunitet üçün əhalinin 70 faizinin vaksinasiyadan keçməli olduğunu bildirib. O, bununla belə, COVİD-19-un hələ tam öyrənilməmiş virus olduğunu nəzərə alaraq qətiliklə nəsə deməyin düzgün olmadığını vurğulayıb.
“Ümid edirəm ki, yay mövsümünə yaxın ərəfələrdə maskaları tam ata biləcəyik”, - deyə o sözlərini yekunlaşdırıb.