Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarına ağır itki üz verib. Tanınmış iş adamı, Rusiyanın Ryazan vilayətində “Kvant “ İstehsalat Kooperativinin sədri, vilayətinin fəxri tikinti və memarlıq işçisi Əliyev Yaşar Oktay oğlu ömrünün 61- ci ilində dünyasını dəyişmişdir.
“Anakur.az” saytına bu barədə Ryazan vilayətində fəaliyyət göstərən Azərbaycan Diasporasının sədrı Elşən Əliyev məlumat vermişdir. E.Əliyev bildirmişdir ki,Yaşar Əliyev Ryazan vilayətində diasporamızın ən fəal nümayəndələrindən biri idi. O, 25 fevral 1961-ci ildə Ağdam rayonun Afətli kəndində dünyaya gəlmişdi.1989-cu ildən taleyini Ryazan vilayəti ilə bağlamışdı.
Acı xəbər onun döyünən ürəyini dayandırmaqla hamımızı sarsıtdı. Qısa müddətli xəstəlikdən sonra karonavirus pandemiyasından dekabrın 31- də dünyasını dəyişdi. Mərhumun cənazəsi diaspora rəhbəri kimi bizim təşkilatçılığımızla yanvarın 1- də Bakıya çatdırılmış və ayın 2-də Ağdam rayonunda doğma kəndində torpağa tapşırılmışdır.
Dəfn mərasimi kənd və rayon ictimaiyyətinin, doğmaların, qohyumların iştirakı ilə icra olunmuş və unudulmaz dostumuz ehtiramla son mənzilə yola salınmışdır. Dəfndə Ryazan Vilayətinin tikinti kompleksi naziri Vyaçeslav Menşov da iştirak və çıxış etmiş, Yaşar müəllimin Ryazan vilayətində rəhbərlik etdiyi “Kvant” kooperativinin gördüyü böyük tikinti quruculuq işlərindən danışmış, onun insanlar arasında qazandığı hörmət və nüfuzundan söz açmış, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir. Ryazan vilayətində fəaliyyət göstərən Azərbaycan Diasporasının sədri kimi cəmiyyətimiz adından mən də mərhumun ailəsinə, yaxın qohumlarına əvəzsis itkiyə görə başsağlığı verərək, kədərlərinə şərik olduğumuzu bildirdik.
Həmvətənimiz Əliyev Yaşar Oktay oğlu “Kvant” İstehsalat Kooperativinin sədri, Ryazan vilayətinin fəxri tikinti və memarlıq işçisi idi. Onun 1989-cu ildə yaratdığı “Kvant” istehsalat kooperativi sosial obyektlərin tikintisinin baş podratçısı olub. Tikinti şirkəti Ryazan vilayətinin ərazisində 30-dan çox sosial obyekt, o cümlədən regional mərkəz, təcili tibbi yardım xəstəxanasının bina kompleksi, regional kitabxananın binası,1100 yerlik məktəb və Ryazanda qapalı konkisürmə meydançası, buz arenası olan idman və istirahət mərkəzi və vilayətin digər yerlərində 500 yerlik məktəb, üzgüçülük hovuzu olan idman və istirahət mərkəzi, psixiatriya xəstəxanası kompleksi. 2010-cu ildə yanğınlardan zərər çəkmiş vətəndaşlar üçün onlarla yaşayış binası tikmişdir.
Yaşar Oktay oğlu inanılmaz dərəcədə geniş ruhlu insan olmaqla, şəhərimizdə uzun müddət yaşayıb işləmək üçün bir neçə onlarla mənzili iki dəfə ucuz qiymətə həkim və müəllimlərə satıb. Sasovda heç bir irimiqyaslı tədbir onun maliyyə dəstəyi olmadan baş tutmadı. 2021-ci ildə o, şəhərin ən yaxşı xeyriyyəçisi seçilmişdi.
Bir daha Yaşar müəllimin ailəsinə, qohumlarına və əzizlərinə əvəzsiz itkiyə görə başsağlığı verir, dostumuza, qardaşımıza isə allahdan rəhmət diləyirəm. İnanıram ki, onun unudulmaz xatirəsi və xeyrxah əmələri Ryazan vilayətində yaşayan bütün təəsübkeş insanlar tərəfindən həmişə anılacaqdır
Məlumat üçün bildirirəm ki, mərhumun 40 mərasimi fevral ayının 10-da Ryazan vilayətində Azərbaycan Diaspora təşkilatının təşkilatçılığı ilə keçiriləcəkdir.
Allah rəhmət etsin
Elşən Əliyev,
Riyazan vilayətində fəaliyyət göstərən Azərbaycan Diasporasının sədri