Neftçalada kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər ötən illə müqayisədə əkin sahələrindən daha çox məhsul tədarük ediblər və hazırda yığım davam edir.
Neftçala rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ildə rayon üzrə 142,5 hektar sahədə tərəvəz bitkiləri əkilib və onun 133,4 hektarından 1345,7 ton məhsul toplanılıb. Ayrı-ayrılıqda tərəvəz bitkilərinin məhsulu bibər 103,4 ton, xiyar 388,4 ton , badımcan 353,4 ton, pomidor 350,3 ton, qabaq 36 ton, sarımsaq 43,4 ton, soğan 16,1 ton, sair tərəvəzlər 54,7 ton olub.