“Azərxalça” jurnalistlər üçün Lənkəran emalatxanasına media-tur təşkil edib - A + Bu gün “Azərxalça” ASC jurnalistlərin Lənkəran emalatxanasına media-turunu təşkil edib.Anakur.az "Report" -a istinadən xəbər verir ki, media-turun əsas məqsədi toxunan modern tipli xalçaların təqdimatıdır.Lənkəran emalatxanasının direktoru Nargilə Məmmədova jurnaliatlərə açıqlamasında deyib ki, emalatxanada 89 toxucu xanım çalışır: “Bu emalatxana “Azərxalça” ASC-nin ən çox toxucusu olan və ən geniş emalatxanasıdır. Toxucu xanımlardan ən gəncinin 20, ən yaşlısının isə 62 yaşı var. Bu günə qədər bu emalatxanada 451 xalça toxunub və Bakıya satış mərkəzinə göndərilib. Burada müxtəlif növ çeşnilərdə xalçalar toxunur, Lakin üstünlük cənub zonasına xas çeşnələrə üstünlük verilir. Eyni zamanda , müasir xalça bazarındakı təlabata uyğun olaraq ilk dəfə pastel tonlarda modern xalça da məhz burada toxunub. Pastel tonlara təlabat daha çoxdur”.N.Məmmədova onu da qeyd edib ki, bütün toxunan xalçalar tarixi çeşnilərə, naxışlara əsaslanır, sadəcə olaraq yeni dizayn üslübunda hazırlanaraq satışa çıxarılır: “Xalçalar yenə də Qarabağ, Lerik, Lənkəran, Bakıya məxsusdur, sadəcə bir qədər daha müasir forma verilib. Bu həm də xarici bazarda müştərilərin təlabatına uyğundur”.Bu günə qədər Lənkıran emalatxanasında istehsal edilən ən böyük xalçaların ölçüsü 24 kvadratmetr olub.“Bu günə qədər iki ədad 24 kvadratmetrlik xalça toxunub olub. Ümumilikdə isə balaca xalçalarda 1 kvadratmetri 600 manatdan yuxarı, böyük xalçaların satışı isə 1000 manatdan yuxarı hesablanır”.Qeyd edək ki, bu gün emalatxanada müasir üslubda toxunmuş Qarabağ xalçası kəsilib, ölçüləri 1,55X1-dir, xalçanı Səfərova Səmaya toxuyub.“Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva isə bildirib ki, qurumun artıq ilk satış mərkəzi də fəaliyyətə başlayıb: “Satış mərkəzi İçərişəhərdə Böyük Qala 15 ünvanında yerləşir. Burada emalatxanalarda toxunan bütün xalçalar ilk olaraq emala, oradan da satış mərkəzin PAYLAŞ: