Salyan rayonundan Milli Məclisə deputat seçilmiş Jalə Əhmədova rayonda yaşayan ziyalılarla görüşmuşdur. Rayon Mərkəzi Kitabxanasında baş tutan tədbiri rayon Ziyalılar birliyinin sədri Allahverdi Piriyev açmış və torpaqlarımızın düşmən işğalından azad edilməsində şəhid olmuş oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mövcud pandemiya şəraitinin tələblərinə uyğun keçirilən görüşdə rayonun müxtəlif sahələrini təmsil edən ziyalılar iştirak etmişlər.
Anakur.az bildirir ki, görüş iştirakçıları qarşısımda çıxış edən Jalə xanım Zəfər döyüşlərində qəhrəmanlıq göstərən oğullarımızın, bu yolda şəhidlik zirvəsinə uçalmış igidlərimizin qəhrəmənlığı, qazilərimizin şücaəti barədə danışmış,salyanlılıların bu tarixin yazəlmasındakı xidmətlərini qeyd edtmişdir. Milli Məclisin deputatı J.Əhmədova Salyanın ziyalılarının respublikamızın, eyni zamanda bölgənin ictimai həyatında oynadığı roldan danışmışdir. Vurğulanmışdır ki, rayonun təəssübünü çox yüksək tutan ziyalılar istər çalşdıqları sahədə, istərsə də ictimai həyatda daha aktiv olmalırı arzulanır. Xüsusən, sosial şəbəkələrdə salyanın imicinə yaraşmayan, həqiqəti əks etdirməyən, böhtan xarakterli yazıların əksini tapması daim pislənməli və belə paylaşımlara qarşı sərt ziyalı movqeyi ortaya qoyulmalıdır.
Bununla belə ziyalılarımız insanları narahat edən problemləri daha yaxından gördüklərinə görə onların həlli üçün aidiyyatı orqanlara müraciət olunmasında və bu işdə seçdikləri deputatın da imkanlarından daha geniş istifadə etməlidirlər.Xüsusən gənclər arasında narkomaniyanın, pis adət və vərdişlərin yayılmasının artıması hamımızı düşündürməlidir.
Tədbirdə çıxış edən şəhid atası Cahangir Qaraşov, ziyalılardan-Məhəmməd Ağayev, Əlixeybər Axundov, Sahib Həsənov, Vaqif İslamov, Firdovsi Sarvanlı, Mənafağa Feyzullayev, Rüstəm Məlikov, Həsən Feyzullayev Gülşən Piriyeva, Razıgül Dadaşova və başqaları səmimi görüşə görə təşəkkür etmiş və rayonda movcud sosial–ictimai mühiti yüksək qiymətləndirmişlər.Qeyd edilmişdir ki, Salyan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov insanları narahat edən məsələlərin dinlənilməsi və həlli üçün daima insanların yanındadır. Ziyalılar öz rayonlarının tarixi, bu günü ilə qürur duyur və bu yurdun adına müxtəlif sosial şəbəkələrdə ləkə gətirmək istəyənləri əməllərini qətiyyətlə pisləyirlər.
Deputat Jalə Əhmədova sonda Salyanın hər bir sakininin onun üçün əziz olduğunu vurğulamış və rayon ictimaiyyətinin təmsilçiləri ilə belə görüşlərin davam edəcəyini bildirmişdir.