Salyanda Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilmişdir.
Anakur.az salyan-ih.gov.az saytına istinadən bildirir ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Salahov Sabir Hikmət oğlunun və Quliyev Kamran Dadaş oğlunun şəhadətlərinin ildönümü ilə əlaqədar il mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisinin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, məzarları ziyarət olunmuş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxunmuş və yas mərasimlərində iştirak etmişlər. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağında davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhid Sabir Salahov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Quliyev Kamran “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!