Salyanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan MirMurad Rzazadə və Ayaz Kərimovun ildönümləri qeyd edilmiş, xatirələri ehtiramla yad olunmuşdur.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri Ayaz Kərimov və MirMurad Rzazadənin şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid Ayaz Kərimovun Prezident İlham Əliyev tərəfindən verilmiş “Suqovuşanın azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!