21 oktyabr Xəlil Rza Ulutürkün doğum günüdür. Respublikamızın ədəbi ictimaiyyəti və şairin çoxminli oxucuları bu gün onu bir daha xatırlayırlar. Bu gün şairin dünyaya gəldiyi Salyan torpağında da xəlilsevərlər onun və oğlu, Milli Qəhrəmanımız Təbrizin adını daşıdığı küçələrin kəsişməsində ucaldılmış abidəsinin “Ata-oğul” abidəsinin önünə toplaşmışdılar. İzdiham içində şairin doğmaları ilə yanaşı mədəniyyət işçiləri, ictimaiyyət dümayəndələri, şəhər sakinləri və KİV təmsilçiləri də var idi.
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri burada ”Ata-oğul” abidəsi önünə gül dəstələri qoymuş xalq şairinin doğmaları ilə görüşmüşlər. Karonavirus pandemiyası dovrünün tələbləri gözlənilməklə keşirilən tədbiridə iştirak edən insanlar da böyük söz ustadını, Azərbaycanın vətənpərvər şairini ən yaxın doğması kimi anaraq abidəsi önünə gül düzmüşlər.
Qeyd edək ki Xəlil Rza 1932-ci ilin 21 oktyabrında Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlmişdir. Salyan şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakultəsinin Jurnalistika şöbəsinə daxil olmuşdur. Salyan rayonunun ilk ali təhsilli jurnalistlərindəndir.
“İstiqlal” ordeninin 1 saylı vəsiqəsi xalq şairi Xəlil Rza Ulutürkün adına yazılmışdır.