Xatirə bulağının açılışında şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmış və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayının 4-də Azərbaycan silahlı qüvvələrinin tərkibində Lələtəpə uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhid olmuşdur.Aprel ayının 5-də doğulduğu Xələc kəndində torpağa taqpşırılmışdır. Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

