Salyan şəhər Büllur şadlıq evində “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin ailələri və iştirakçıları ilə görüş keçirilmişdir. Anakur.az salyan-ih.gov.az saytına istinadən xəbər verib ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Millət Vəkili Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, müharibə iştirakçıları və ziyalılar iştirak etmişdir. Tədbirdə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərimizin döyüş yolunu əks etdirən video-çarx nümayiş olunmuş, çıxışlar edilmiş, şəhid övladlarının və məktəblilərinin ifasında şeir və kompozisiya səsləndirilmişdir. Tədbirdə Millət Vəkili Jalə Əhmədova tərəfindən şəhid ailələrinə və qazilərinə təşəkkürnamələr təqdim edilmişdir.