Salyanda Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Salyanda Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
12 dekabr 2021-ci il tarixində Salyan rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Karantin qaydalarına uyğun keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar və ictiamiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Anım tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilmiş, çıxışlar olmuşdur.