1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il qeyd olunur.
Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən "Yaşıl patrul" dəstəsinin üzvləri 11 yanvar "Qoruqlar və Milli Parklar" günü münasibəti ilə Sirvan Milli Parkında ekskursiyada olmuşlar. Burada şagirdlər parkdaki biomüxtəlifliklə tanış olmuş və canlı olaraq quşları və heyvanları müşahidə etmişləır. Qoruq əməkdaşları iştirakçıları maraqlandıran suallara cavab vermiş və bu kimki tədbirlərin yetişməkdə olan gənclərin ətraf mühitə münasibətinin formalaşmasındaki rolunun böyük olacağını bildirmişlır.
Şagirdlər Milli Parkdan zəngin təəsüratlarla qayıtmışlar.