Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 9-da saat 10:00-da Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Salyan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.