Yeni Azərbaycan Partiyasının(YAP) yaranmasının 30 illik tarixi xalqımızın ictimai-siyasi həyatının ən şərəfli dövrüdür.
Hər birimiz, xüsusən taleyini partiya quruculuğuna həsr edən həmfikirlərimiz Yeni Azərbaycan Partiyasının yaranmsı dövrünü yaxşı xatırlayır. Həmin dövr Azərbaycan Respublikası çətin günlərini yaşayırdı. Müstəqilliyimiz ciddi təhlükələlərə üz-üzə qalmışdı. Torpaqlarımızın düşmən tərəfindən işğalı davam edirdi. Məhz həmin çətin dövrdə, 1992 –ci ilin noyabr günlərində Umumilli Liderimiz Heydər Əliyev ölkənin əsas aparıcı ziyalı qüvvələrinin, vətənpərvər insanlarının, xalqın istək və arzularını özündə birləşdirən müraciətinə səs verərək Naxçıxanda Yeni Azərbaycan Partiyasının təsis edildi.
Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın təsis edilməısinin 30 illiyi münasibəti ilə keçirilən tədbirdə geniş məzmunli, tarixi əhəmiyyətli məruzə ilə çıxış edərək YAP-ın yaranma zərurətindən, keçdiyi böyük inkişaf yolundan danışmışdır. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bildirmişdir ki, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi,11 ay keçəndən sonra- oktyabr ayında isə Azərbaycan Pespublikasının Prezidenti seçildı.
Həmin dövrdə ölkəmizin qarşısında ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti nəticəsində tarixin imtahanlarından şərəflə çıxdıq. Dövlət başçımızın dediyi kimi tariximizin qara səhifəsi bağlandı.Ciddi islahatlara start verildi.
Azərbaycan inkişafının dünyəvi dövlət modelini seçdi. Son 30 ildə YAP Azərbaycan cəmiyyətinin arzu və istəklərinin ifadəçisi olmuşdur. Məhz bu partiya vətəndaş həmrəyliyinə, milli birliyə nail olmuş, sabitliyi və tərəqqini təmin etmişdir. Xalqımız da Heydər Əliyevin yaratdığı partiyanın, onun ideya və məqsədlərinin ətrafında sıx birləşdi.
30 ildə YAP ölkənin ictimai siyasi həyatında şərəfli tarix yazaraq xalqın partiyası kimi keçirilən bütün seçkilərdə qalib gəlmişdir. Məhz bunun nəticəsidir ki, ölkəmizin hər yerinda partiyamızın 30 illik yubileyi böyük təntənə ilə qeyd edilməklə onun yaradıcısının xatirəsi ehtiramla yad olundu. Bu əlamətdar tarix 7600 üzvü birləşdirən YAP Salyan rayon təşkilatında da siyasi çoşqunluqla qeyd edilmişdir. Ümumrayon tədbirində 30 ill əvvəl Ümummilli Liderin ideyaları ətrafında birləşməklə YAP ərazi təşkilatlarının yardılmasında əməyi olan insanlar xatırlanmış, gənclərimizin partiya sıralarına həvəslə gəldikləri qeyd edilmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Ulu Öndərin ruhu şaddır. Onun gördüyü işlər siyasi varisi, Cənab Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindənuğurla, yaradıcılıqla davam etdirilir.
Birinci vitse-prezident, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyeva da çoxsahəli fəaliyyəti nəticəsində partiyanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə yeni töhvələr verir. Mübaliğəsiz demək olar ki, partiyamız Cənubi Qafqazda ən güclü siyasi qüvvədir.
YAP-n yaradılmasının 30 illiyinə həsr edilmiş tədbirlərin yüksək səviyyədə təşkili, xarici qonqların, xüsusən Avropa və Asiya ölkələrinin aparıcı siyasi qüvvələrinin geniş tərkibdə təmsil olunması Partiya sədrinin, bütövlükdə Azərbaycan iqtidarının beynəlxalq nüfuzunu bir daha göstərdi.
Bu gün Azərbaycan özünün iqtisadi və siyasi gücü, beynəlxalq aləmdəki mövqeyi ilə 30 ill əvvəlki respublikadan əsaslı sürətdə fərqlənməkdədir. Ulu Öndər ideyalarının layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin titanik fəaliyyəti nəticəsində “Azərbaycan Şərqdə günəş kimi doğub”. Güclü iqdisadiyyat, ordu quruculuğu, müzəffər sərkərdə bacarığı, ümümxalq birliyinin təntənəsi nəticəsində ölkəmiz təkcə regionun söz sahibi deyil, eyni zamanda öz torpağının, öz taleyinin sahibidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin əsasında da məhz xalq-iqtidar birliyi dayanır.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilartının partiyamızın 30 illiyinə həsr edilmiş tədbirində iştirak edən nümayəndə heyyəti öz təəssüratlarını iş yerlərində, ictimaiyyət arasında, siyasi həmfikirləri ilə bölüşməklə YAP-ın sədri İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn vəzifələri izah etməkdədirlər. Rayon təşkilatımız da bundan sonra partiyanın müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi üçün var qüvvə ilə çalışmaq əzmindədir.
Elmar Əhmədov,YAP Salyan rayon təşkilatının sədri,
YAP-in yaradılmasının 30 illiyinə həsr edilmiş tədbirin iştirakçısı