Danışır 20 Yanvar faciəsinin şahidləri: Bənövşə Səfərova, Azərbaycan Neft Akademiyasının məzunu
Həmin günə “Qara yanvar ” “bəzən qanlı yanvar” və ya “20- yanvar” faciəsi deyirik. 1990-cı ildə 19 yanvardan 20-nə keçən gecə saat 23:30-da Bakı şəhərinə keçmiş sovet ittifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Nəticədə 750 insan yaralanmış və345 nəfər isəı qətlə yetirlimişdir. Bu faciədən 33 il keçməsinə baxmayaraq həmin günların şahidi kimi olanlar gözümün qabağından getmir.
1990-cı ilin 20 Yanvar günü tələbəsi olduğum Neft Akademiyasında qış sessiya imtahanımız keçirilirdi. Yanvarın 19-u axşam saatlarında Bakının küçələrində tanklar iti sürətlə hərəkətdə idi. Avtomatdan açılan güllələr Bakının üzərinə yağış kimi yağırdı. Çox həyəcanlı anlar idi, rus qoşunları televiziyanın bir blokunu partlatmaşdı.
20 Yanvar günü isə bütün tələbələr yığışıb Mərkəzi Komitənin yəni indiki Prezident Adminstrasiyasının qarşısına getdik. Burada çoxlu insanlar var idi. Küçələr rus qoşunları ilə dolu idi. Çox qorxulu və gərgin anlar idi. Tanınmış ziyalılar, alimlər, həkimlər və digərləri buraya axın edirdi. Çox hörmətli şairimiz Bəxtiyar Bahabzadə(allah rəhmət eləsin) cibindən Kommunist Partiyasının biletini çıxararaq yuxarı qaldırraq dedi: “bu ölkənin silahlı ordusu mənim əli yalın xalqımı qanına əllərini buladılar.Mən bu ölkənin nə özünü nə də partiysını tanımıram.” Beləliklə partiya biletini tən ortadan cırdı və onunla birlikdə digər insanlar da partiya biletini çıxararaq yandırdılar. Bu anda isə Azneft Dairəsi istiqamətindən tanklar bizim üstümüzə gəlməyə başladılar. Komendant saatının tələbinə görə 2-3 nəfərdən artıq toplaşmaq olmazdı. Gürcüstandan olan qrup yoldaşım Rahilə və mən oradan qaçaraq uzaqlaşmağa başladıq. Çox dəhşətli və gərgin bir vəziyyət idi. Yuxarıdan helikopterlər, yerdən 3 istiqamətdə tanklar,əli silahlı əsgərlər insanlara atəş aça-aça irəliləyirdilər. Hər kəs metroya üz tutmuşdu. Tankın üstündəki əsgərlər metro şüşələrini avtomatla sındırırdılar. Sınan şüşələrin arasından necə keçmişdim özümdə bilmirdim. Eskalatora tərəf qaçan insanlar arasında kimi ayaq altında qalırdı, kimi qışqırırdı. Bir sözlə, dəhşətli anlar idi. Həmin anda isə mən özümdən getmişdim. Gözümü açanda metroda olan tibb işçilərini gördüm. Təcili yardım maşınının köməyi ilə məni qaldığım yerə gətirdilər. Bəlkə də, o güllələrin biri də mənə dəyə bilərdi. Bakıya giriş-gəliş bağlanmışdı.
Bakıda insanların güllə-baran edilməsi xəbəri doğulduğum Salyan torpağna da çatmışdı. Atam Hacı Ağahüseyn həmin an Bakıya məni aparmağa gəlib. Bakının Şıxov girəcəyində əli avtomatlı əsgərlər tərəfindən atam Bakıya buraxılmayıb. Çünki, Biləcəri,Şıxov,Aeroport istiqamətində Bakıya giriş yolları tam bağlanmışdı. Atam həmin əsgərlərə rus dilində vəziyyəti başa salaraq övladı üçün çox narahat olduğunu qeyd edib: “Niyə insanları qırırsınız?” Əli avtomatlı əsgər avtomatı atamın sinəsinə dayayaraq sən çox danışırsan qoca indi səni vurarıq. Həmin an atam oradan uzaqlaşaraq indiki 20 Yanvar istiqamətində şəhərə daxil olmağı bacarır. Küçələri qan içində görən atam deyir ki, ”dizlərimi yerə qoyaraq çox ağladım ki yegin mənim də qızımı öldürüblər.” Lakin sonradan atam məni və mənimlə bərabər oxuyan salyanlı qızları Qaradağ rayonuna gədər piyada gətirərək ordan maşına mindirərək Salyana gətirmişdir. Çox hadisələr insan hafizəsindən silinə bilər amma neçə illər keçəsə də 20 yanvar gecəsindəki hadisələr əsla mənim yaddaşımdan silinməyəcək.
Xüsusilə qeyd edim ki, həmin gərgin vəziyyətdə Moskvada yaşayan Heydər Əliyev özünü və ailə üzvlərinin həyatını təhlükəyə ataraq faciənin ertəsi günü Azərbaycanın Bakıdakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdir. Xalqın başına gələn müsibətləri dünyaya çatdırdı. Əlbəttə ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycn xalqını iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasın da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu. Alovun, odun önündə olan istiqlal şairi Xəlil Rza isə yazırdı:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qram! qram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm
Səma kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil,çəkil, ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!
Bənövşə Səfərova,
YAP Salyan şəhər üzrə partiya təşkilat sədri