Darülmöminlər diyarı olan Salyanın 52 məscidində də müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə namazlar qılınıb.
Şəhər mərkəzindəki mərkəzi Hacı Tağı məscidində bayram namazını Qafqaz müsəlmanları İdarəsinin Salyan, Şirvan, Neftçala və Hacıqabul rayonları üzrə bölgə qazisi hacı Hüsni Həsənov icra etmişdir. Nahiyyə qazisi anakur.az saytına müsahibəsində demişdir ki, bu il ilk dəfə olaraq bayram namazları ölkəmizin ərazi bütövlüyünün tam təmin olunduğu şəraitdə qılınmışdır. Nahiyyə qazisi əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ramazan mayramı münasibəti ilə xalqımızı təbrik edərək bildirmişdir ki, xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
Bu gün Salyan rayonunun digər məsçdlərində də bayram namazları qılınmışdır. Dindarlarımız torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna dualar etmiş, qazilərimizə şəfa diləmişlər.
Nahiyyə qazisi əlavə edib ki, Ramazan duaların qəbul olunduğu, günahlarımızın bağışlanıldığı müqəddəs aydır. Allah dünyamızı, ölkəmizi salamat eləsin, müzəffər ordumuzu, onun Ali Baş Komandanını İlham Əliyevi qorusun. Mən də bölgəmizin bütün sakinlərini əziz bayram münasibəti ilə təbrik edir, hər kəzə Allahdan salamatlıq, sağlamlıq və ruzi bərəkət arzu edirəm.
Darülmöminlər diyarı adlanan Salyan torpağında dini- mənəvi dəyərlərimizin qorunması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.