Salyanda Aşura günü qanvermə aksiyası keçirilmişdir
Anakur.az xəbər verir ki, Aşura günü İslam tarixinin ən əhəmiyyətli və kədərli günlərindən biri hesab olunur və bu münasibətlə aşura mərasimləri keçirilir. Salyan rayonunda da bu mərasim böyük ehtiramla keçirilmiş, məscidlərdə xütbələr oxunmuş, ehsan süfrələri aşılmış və qanvermə aksiyası keçirilmişdir.
Aksiyada rayonun idarə və müəssisələrinin işçiləri, şəhər sakinləri iştirak etmişlər. Qanverənlər sırasında gənclər üstünlük təşkil etmişdir. Hər kəs verdiyi qanın bir insan ömrünün xilası naminə çox vacib əməl olduğuna inamını ifadə etmişdir.
Aşura sadəcə bir matəm günü deyil, eyni zamanda insanları mənəvi təmizləməyə , humanizmə və şəfqət göstərməyə çağırış günüdür. Qanvermə aksiyasında şəhid atalarının, qazilərin, hətta rayonumuzda qonaq olan xarici ölkə vətəndaşlarının olması bu tədbirin əhəmiyyətini daha da artırdı.