Salyan rayonu üzrə 2023-2024-cü dərs ilində 600-dən yuxarı bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Anakur.az xəbər verir ki, Salyan rayon İcra hakimiyyətinin iclas zalında Salyan rayonu üzrə 2023-2024-cü dərs ilində 600-dən yuxarı bal toplamış tələbələrlə görüş keçirilmişdir.Tədbirdə rayonun pedaqoji ictimaiyyəti və yüksək bal toplayaraq tələbə adını qazanmış tələbələr iştirak etmişlər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək tələbə adını qazanmış tələbələri, onların müəllimlərini, valideynlərini təbrik etmiş, onlara təhsildə və həyatda uğurlar arzu etmişdir.
RİH başçısı bildirmişdir ki, təhsil Azərbaycan dövlətinin prioritet hesab etdiyi sahələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində son illər respublikamızda 750-dən çox yeni məktəblər tikilmiş, əsaslı təmir edilmiş və maddi- texniki bazası möhkəmləndirilmişdir. Salyan rayonunda da bu sahədə xeyli işlər görülmüş və görülməkdədir.
Yaradılan şərait, təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən tədbirlər nəticəsində 2023-2024-cü tədris ili Salyan təhsili üçün uğurlu olmuşdur. Bu il orta məktəbi bitirənlərdən 736 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 534 nəfər ali məktəblərə qəbul olunmuşdur.Ali məktəbə qəbul olunanlardan 32 nəfərin nəticəsi 600 baldan yuxarı təşkil etmişdir.
RİH başçısı ali məktəbə qəbulda ən yüksək nəticə- 683.8 bal toplayaraq Qarabağ Universitetinin Hüquq fakültəsinə qəbul olmuş şəhər 1 saylı məktəb –liseyin məzunu Zenfira Nəsirovaya və 600-dən yuxarı bal toplamış tələbələrə təhsil illərində elmin əsaslarını daha mükəmməl öyrənməyi, vətənimizə layiq vətəndaş olmağı arzu etmişdir.
Sonra iştirak edən tələbələrə RİH başçısının hədiyyələri təqdim edilmişdir.
Tədbirdə Salyan – Şirvan Regional Təhsil İdarəsinin müdiri, Sənan Mənsimli, 2 saylı şəhər tam orta məktəbinin direktoru Aynur Əsgərova,Qarabağ Universitetinin Hüqüq fakültəsinin tələbəsi Zenfira Nəsirova, Sarvan kənd tam orta məktəbinin tarix müəllimi Seymur. Nuriyev və digərləri çıxış edərək Respublikamızda və rayonumuzda təhsil sahəsinə göstərilən qayğıya görə təşəkkür etmiş və yüksək balla tələbə adını qazanmış məzunları təbir etmiş, onlara həyatda daha böyük uğurlar qazanmağı arzu etmişlər.