
Daha sonra çıxış edən Salyan Rayon Prokuroru Rəşad Mansurov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırmışdır.
Tədbir zamanı prokurorluq əməkdaşları bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqlarını bildirmişlər.
Tədbirin sonunda səmərəli fəaliyyətinə görə Salyan rayon prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.




