
Dövlətimiz tərəfindən Fikrət Mustafayevin adı əbədiləşdirilmişdir. Vaxtilə təhsil aldığı Aşağı Kürkənd tam orta məktəbi, kəndin küçələrindən biri və Salyan Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi onun adını dəyişir.
Tədbirdə çıxış edənlər Fikrət Mustafayevin qəhrəmanlığından söz açmış, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərlə, digər şəhidlərimiz kimi, onun da qisasının alındığını vurğulamış, əziz xatirəsinin hər bir soydaşımızın qəlbində əbədi yaşayacağını bildirmişlər.
Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirmişdir

