Xəbər verildiyi kimi Respublikamızda təhsilin məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin təşkilinə başlanıb.
Bu iş bölgələrdə də karantin rejiminin tələbləri gözlənilməklə icra olunmaqdadır. “Anakur.az”-n əməkdaşları bu gün Salyan rayonunun ən böyük təhsil oçaqlarından biri hesab olunan şəhər 2 saylı tam orta məktəbdə olarkən bütün bunları bird aha müşahidə etmişlər. Məktəbin direktoru Aynur Əskərova bildirmişdir ki, bu tədris ilində 1-4-cü siniflər üzrə 20 sinif formalaşmıdır. Burada 400-dən çox uşqaq tədrisə çəlb edilib. Hər sinif iki yerə bölünməklə, həftədə 3 dəfə növbəli tədrisdə iştirak edir. Məktəbəhazırlıq üzrə isə 100 uşağı əhatə edən 5 qrup da tədris işində iştirak edirl.
Rayon Təhsil Şöbəsi müdirinin müavini Kubra Quliyeva bildirdi ki, hazırda rayon üzrə 1-ci -4-cü siniflər üzrə 8.253 uşaq ibtidai təhsil alır. Məktəbə hazırlıq kurslarında da uşaqlar tədrisi ənənəvi olaraq davam etdirirlər.
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.