Salyan rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə “Biz birlikdə güclüyük” adlı Qarabağ qaziləri ilə gənclərin Onlayn görüşü keçirilmişdir. Öncə Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
ANAKUR.AZ bildirir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini YAP Salyan rayon Təşkilatının sədri Rəşad Cəbraylov çıxışında qeyd etdi ki , 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yeni tarix yazdı. Hər bir Azərbaycan vətəndaşı kimi, gənclərimiz də bugünün həsrəti ilə yaşayırdılar. Daim dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini gözləyən Azərbaycan əsgəri, gənci bütün qüvvə və bacarıqlarını səfərbər etdi, torpaqlarımızı işğaldan azad etmək üçün silaha sarıldı və torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Tədbiri çıxış edən Salyan rayon Gənclər idman İdarəsinin rəisi Araz Hüseynov 2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik etdi. Bildirdi ki, Bu gün hər birimiz müasir Azərbaycan gəncləri ilə fəxr edirik. Təsadüfi deyil ki, Xalqımızın qalib olduğu vətən müharibəsində Azərbaycan Gəncləri Xüsusi fədakarlıqla iştirak edərək məğrur ordumuzun möhtəşəm qələbə qazanmasında danılmaz rol oynadı.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı medalı, Laçının azad olunmasına görə medalı, Suqovuşanın azad olunmasına görə medal , Cəsur döyüşçü medalı,İgidliyə görə medalı ilə təltif olunmuş Suqovuşana üçrəngli Azərbaycan bayrağını sancan Qarabağ qazisi İlkin Fərzəliyev, Vətən müharibəsi iştirakçısı medalı, Suqovuşanın azad olunmasına görə medalı ilə təltif olunmuş Qarabağ qazisi Raqil Hüseynov, Vətən müharibəsində Cəsur döyüşçü medalı, Füzulinin azad olunmasına görə medalı, Şuşanın azad olunmasına görə medalı ilə təltif olunmuş Şuşa istiqamətində gedən döyüşlərdə yaralanmış Qarabağ qazisi Murad Feyziyev, Vətən müharibəsi iştirakçısı Cəsur döyüşçü medalı ilə təltif olunmuş Tərtər-Ağdərə, Qafanlı- Şıxarx, Çaylı kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Ağdərə döyüşlərində yaralanmış Vətən müharibəsi qazisi İlqar Məmmədov, Vətən müharibəsində Cəbrayılın azad olunmasına görə medalı, Füzulinin azad olunmasına görə medalı, Xocavəndin azad olunmasına görə medalı, Vətən müharibəsi iştirakçısı medalı, Cəsur döyüşçü medalı ilə təltif olunmuş Qarabağ qazisi Fərid Əliliyev, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş Qarabağ Qazisi Əlimusa İsmayılov, Vətən müharibəsində Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə yaralanmış, Qarabağ qazisi Fəqan Səfərov və çıxış edən digər Vətən müharibəsi qəhrəmanları öz çıxışlarında gənclərə öz tarixi hərb yollarından danışdılar, qeyd etdilər ki, 44 günlük Vətən müharibəsi bu ümumiləşdirməyə əsas verir ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident cənab İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu yetirmələr bu gün Azərbaycanın daha parlaq gələcəyə doğru irəliləməsi üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsi istiqamətində səylərini daha da artırırlar. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək.Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
YAP Salyan rayon Təşkilatının sədri və Partiya üzvü olar vətən müharibəsi iştirakçısı və qaziləri ilə birgə. 2 fevral gənclər günü münasibətilə Şəhidlər xiyabanını və şəhid ailələrini ziyarət etmişlər.