Öncə Qarabağ şəhidlərinin xatirəsinə qoyulmuş abidə Vətən müharibəsində iştirakçıları olan Salyan idmançıları tərəfindən ziyarət olundu və önünə gül dəstələri qoyuldu.
Anakur.az xəbər verir ki, tədbirə giriş sözü ilə başlayan Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki , bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir.Hər il martın 5-i Prezident cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli fərmanına uyğun olaraq, Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. 44 günlük Vətən müharibəsi zamanı da idmançılarımız misilsiz qəhrəmanlıqlar göstərdilər. Şanlı qələbəmizlə başa çatan Vətən müharibəsi göstərdi ki, Azərbaycanda xalqa, dövlətə, torpağa bağlı olan gənclər formalaşıb. Vətən Müharibəsində iştirak edərək bizə qələbə sevincini bəxş etmiş idmançılarımız bizim fəxrimizdir.Qəhrəmanlarımızın keçdiyi yol hərb yoludur, özlüyündə böyük bir tarixi hadisədir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatına verdiyi töhfələrlə yanaşı vətənin rifahı üçün lazım gəldikdə canlarını da fəda edib. Azərbaycan gənci vətənini sonsuz məhəbbətlə sevir və vətənin azadlığı və bütövlüyü, millətin birliyi və səadəti uğrunda hər şeyə hazırdır.
Sonda 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə Vətən müharibəsində ön cəbhədə qəhrəmanlıq göstərən Salyan idmançıları cüdo idman növü ilə məşğul olanlar Şabanov Cəmil Nəzmi oğlu, Əmənov İmadi Loğman oğlu, kikboksinq idman növü ilə məşğul olanlar Rəhimov Elvin Sahil oğlu, Əmrəliyev Baxşəli Rövşən oğlu, Əmrəliyev Rəşad Zöhrab oğlu, Məmmədov Hüseynqulu Ədalət oğlu, Abasov Aydın Dadaş oğlu,boks idman növü ilə məşğul olan Pənahov Həsən Qalib oğlu , sərbəst güləş idman növü ilə məşğul olanlar Əliyev İsa Taleh oğlu, Mustafayev Murad Elxan oğlu, Rüstəmov Ülvi Səbahətdin oğlu və arxa cəbhədə fədakarlıq göstərən stolüstü tennis idman növü üzrə məşqçi-müəllim Səmədov Bəhruz Rəcəb oğluna Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur