Koronavirus dövrünün mövcud tövsiyyələrı şəraitində küçən qəbulda şəhid ailələrinin üzvləri, qazilərimiz, şəhər, kənd və qəsəbə sakinləri iştirak etmişlər.Yeri gəlmişgən qeyd etmək yerinə düşər ki, son aylar seçiciləri ilə Jalə xanım arasında çox isti və işküzar münasibətlər yaranmışdır. Belə ki, insanlar öz deputatları ilə ictimai və şəxsi məsələlər, qarşılaşdıqları problemlər haqqında çəkinmədən fikir mübadiləsi aparır və bu məsələlərdə ondan kömək etməsini xahiş edirlər.
Müraciət edənlər arasında yaşlılar, cavanlar, hətda fiziki qüsuru olanlar da olur. İxtisasca hüquqşunas olan Jalə xanım müraciətlərin mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün deputat statusundan maksimum istifadə etməyə çalışır.
Deputatın 6 saata yaxın bir müddətdə kecirdiyi vətəndaşlarla son qəbulunun çox az bir hissəsində iştirak etdiyimizə baxmayaraq tam əminliklə deyə bilərəm ki, o, həqiqətən də insanlara kömək etmək, onların problemlərini həll etmək üçün şox iş görür. Bu işdə sanki yorulmur.Təşəkkür edənlərə isə “mən sizin problemlərinizin həllinə görə buradayam, narahat olmayın”-- deyir”
Aprel ayının 1-də keçirilən qəbulda da insanlr məşgulluq, torpaq sahəsinin ayrılması , digər sosial məsələlərin həllinə kömək üçün müracətlər etdilər. Şəhid ailələrin, qazilərin müraciətləri ilk növbədə dinlənildi. Qaldırılan bütün məsələlər diqqətlə dinlənildi, həlli istiqamətləri müəyyən edildi və icrası nəzarətə götürüldü.
Jalə xanım söhbət zamanı dedi ki, bu kimi qəbullar mütamadi olaraq yerlərdə də davam etdiriləcəkdir.Uğurlar olsun.
Rüstəm Məlikov.
“Anakur.az” saytının baş redaktoru, Ali Media mükafatı laureatı