Milli Hidrometeorologiya Xidmətindən Anakur.az-a daxil olan məlumata görə şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında: sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
