2023-cü ildə hazırlanacaq "Qırmızı kitab"ın üçüncü nəşri ilə bağlı işlər davam edir. "Qırmızı kitab"a düşəcək heyvanların sayılma prosesi gedir.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
"Nəsli tükənməkdə olan heyvanların ovlanaraq qida kimi ictimai iaşə obyektlərinə verilməsinin qarşısının alınması ilə əlaqədar nazirlik tərəfindən mütəmadi reydlər keçirilir. 2021-ci ildə iaşə obyektlərində bu kimi neqativ halların sayı ötən illərə nisbətən nəzərəçarpacaq dərəcədə azalıb. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar belə əməllərdən çəkinməkdədir", - deyə F.Əliyev qeyd edib.