“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərcivəsində növbəti tədbiri Salyan rayonunun Kürsəngi kəndində keçirmişdir.
Tədbirdə kəndin icra və bələdiyyə qurumunun rəhbərləri, Şirvan Milli Parkının rəsmisi, deputat Fəzail Ağamalının köməkçisi, mərktəb rəhbərliyi və içtimaiyyət nümayəndələri iştirak etmişlər.
Dəyirmi masada çıxış edən ictimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi barədə, görüləcək işlər haqqında danışmışdır.
Kürsənki kənd tam orta məktəbinin direktor əvəzi İnsfəli Teymurov çıxış edərək bildirmişdir ki, ekoturizmi təbliğ etməklə ətraf mühitin qorunmasını təşviq edən bu layihənin iştirakçısı olmaq məktəbimizin kollektivi üçün çox önəmlidir. Ona görə ki, yaşadığımız kənd Şirvan Milli Parkına çox yaxındır. Biz layihədə yaxından iştirak etməklə həm ictimai birliyin fəaliyyətinə dəstək olacaq, həm də şagirdlərimiz arasında ekoloji maarifləndirmə işi aparacağıq.
Kənd inzibati ərazi nümayəndəsi Tofiq Qarayev, layihənin icra olunduğu ərazidən, 60 saylı secki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müvini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox müsbət rol oynayacağını bildirmişdir.
Çıxış edənlər belə bir fikri xüsusi ilə vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli ənənəvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verməsinə şərait yaradacaqdır.
Rüstəm Məlikov, “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri,